Rusiyanın ermənilərə verdiyi təhlükəli raketlərlə bağlı sensasion bəyanat

Rusiyanın ermənilərə verdiyi təhlükəli raketlərlə bağlı sensasion bəyanat
Aleksandr Karavayev: "Raketlər 2014-cü ildən Ermənistandadır"

Rusiyanın Azərbaycana satacağı yeni silahlara dair sənədlərin məzmunu hələlik müəyyən olunmayıb.

İstiPress-in məlumatına görə, bunu Moskva Dövlət Universitetinin Postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə mərkəzinin Siyasi proqnozlar şəbəsinin rəhbəri, politoloq Aleksandr Karavayev Ermənistan KİV-nə müsahibəsində deyib.


Onun sözlərinə görə, əgər danışıqlar uğurla nəticələnərsə və Azərbaycana yeni silahların partiyası satılarsa, bu, vəziyyəti gərginləşdirməyəcək. Çünki Rusiya regionda vəziyyətə nəzarət edir.

Polioloq həmçinin Ermənistan ərazisində olan "İskəndər” raketləri ilə bağlı maraqlı bəyanat verib.

Onun sözlərinə görə, "İskəndər” raketləri 2014-cü ildən Ermənistandadır, lakin "konkretləşdirilməmiş statusda” idilər.

"Sadəcə olaraq, bu yaxınlarda onların statusu konkretləşdirilib və onlar Ermənistanın nəzarətinə keçib”, - Aleksandr Karavayev bildirib.

Bundan başqa, Rusiya silahlarının Azərbaycana təchizatı ilə bağlı şərh verərkən Karavayev bildirib ki, bu, Rusiyanın Azərbaycan tərəfinin Ermənistana "İskəndər” raket komplekslərinin satışı ilə bağlı narahatlığına cavabıdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az