Rusiyanın hərbi hava qüvvələrinin bazası blokadaya düşüb

Rusiyanın  hərbi hava qüvvələrinin bazası blokadaya düşüb

Rusiyanın Ermənistan yerləşən 102 saylı hərbi bazası iflic olub. Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, artıq Rusiya KİV-i bunu etiraf etməyə başlayıb.

"Arqumenti nedeli" nəşrinin dərc etdiyi yazıda Türkiyə və Gürcüstanın Rusiya hərbi təyyarələrinin öz ərazilərindən uçmağına qadağa qoymasını xatırladıb. Qeyd edilir ki, bununla da Rusiya hərbi hava qüvvələrinin bazası avtomatik olaraq blokadaya düşüb.

Gürcü tərəfi öz ərazisindən dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə eşelonların keçməsinə də qadağa qoyub. Məhz buna görə, 102-ci Rusiya hərbi bazasının təchizatı hava yoluyla həyata keçirilirdi. Hərbi bazaya texnika və silahlar isə "Çkalovski" hava limanı vasitəsilə daşınırdı. Ancaq indi vəziyyət tamamilə dəyişib

Nəşrin yaydığı məlumata görə, hazırda hərbi bazanın ərzaqla təminatında çətinliklər yoxdur. Amma, Rusiya müdafiə naziri Serqey Şoyqunun tələb etdiyi intensiv olaraq əsgərlərə hərbi təlimlərin verilməsi, bazanın döyüş sursatlarıyla təchizatı məsələsində ciddi problemlər var. Hazırki vəziyyətdə Emənistan hava sərhədlərinin blokadada olması özünə qəsd kimi qiymətləndirilir. Bununla belə, RF XİN məsələyə aydınlıq gətirməyə çalışıb. XİN-dən bildirilib ki, problemdən xəbərdardırlar və məsələni həll etməyə çalışırlar.

Qeyd edək ki, Türkiyə və Gürcüstan Rusiya hərbi təyyarələrini öz hava məkanlarından uçaraq Ermənistandakı 102-ci hərbi bazaya getməsinə icazə vermir. Rus təyyarələri iyul ayından bəri Ermənistan hava məkanına girə bilmir. Gümrüdəki hərbi baza iki ay əvvəl yeni əsgərlərlə komplektləşdirilsə də, lazımi hərbi inventar və xüsusi avadanlıqla təchiz edilməyib. Hərbi yük artıq bir neçə aydır ki, Rostov aeroportunda uçuş əmri gözləyir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az