"Rusiyanın hərəkətsizliyi İran-İsrail toqquşmasını da yaxınlaşdırır..."


Rusiya nümayəndələri İsrail aviasiyasından  müdafiə sistemləri istəyən Suriyaya bütün resursların Ukraynaya göndərildiyi cavabını verib...

Dəməşq Beynəlxalq Hava Limanına endirilən zərbələr həmin hava limanından hərbi məqsədlər üçün istifadə edilməməsi haqda İran-Rusiya-Suriya razılaşmalarının iflasa uğradığını göstərir.
 
Moderator.az  İsrail mediasına istinadla xəbər verir ki, bu haqda "Hizbullah” qruplaşmasının mövqeyini əks etdirən Livanın "Əl-Əxbar” qəzeti yazıb.
 
Bildirildiyi kimi, razılaşmaların şərtlərinə əsasən, iranlı müşavirlər fəaliyyətlərini "T-4" aviabazasına köçürüb.  Rusiya tərəfi isə hava limanının İsrailin zərbələrinə məruz qalmamasını təmin etməli idi.
 
Nəşrin məlumatına görə, hücumdan bir qədər əvvəl İsrail Rusiyaya məlumat verib ki, İran hava limanından Suriya və Livana hərbi texnika çatdırmaq üçün yararlanmaqda davam edir. Lakin bu fəaliyyət dayanmadığından uçuş zolağı vurulub.
 
"Əl-Əxbar" iddia edir ki, bu, bir tərəfdən Suriya və İran, digər tərəfdən isə Rusiya arasında ciddi gərginliyə səbəb olub. Vurğulanır ki, Suriya Rusiya hava hücumundan müdafiə sistemlərinin israillilərlə döyüşə girməsini tələb etmir, o, sadəcə, İsrail Hərbi Hava Qüvvələrinə qarşı sistemlərin verilməsini xahiş edir. Lakin Rusiya nümayəndələri bütün resursların Ukraynaya göndərildiyini iddia edirlər...
 
Nəşr hesab edir ki, bu, Suriya və İranı çəkindirmə potensialını bərpa etmək barədə düşünməyə vadar edir. Eyni zamanda, nüvə danışıqlarının fiaskosu "müqavimət oxuna” İsraillə qarşıdurmada daha çox fəaliyyət azadlığı verir...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az