Rusiyanın İŞİD-lə bağlı müəmmasına ABŞ-dan REAKSİYA

Rusiyanın İŞİD-lə bağlı müəmmasına ABŞ-dan REAKSİYA
ABŞ Rusiyanın "İslam dövləti” terror təşkilatına (İŞİD) qarşı mübarizəsini o zaman alqışlayar ki, Kreml bu səylərdə daha çox iştirak etsin.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.   O deyib ki, ABŞ bununla belə, Rusiyanın İŞİD əleyhinə geniş tərkibdə mübarizəsini dəstəkləyir.  
Mark Toner Rusiyanın döyüş təyyarələrinin İŞİD-ə qarşı Suriyada əməliyyat keçirməsi barədəki iddialara da aydınlıq gətirib.  
Dövlət Departamentinin rəsmisi isə vurğulayıb ki, ABŞ iddianın doğru olub-olmamasını araşdırır.  
"Rusiya rəsmi şəxslərinə cavab olaraq deyirəm ki, İŞİD-lə mübarizə bizim üçün çox vacibdir. İndi 37 ölkə anti-İŞİD koalisiyasında iştirak edir”.  
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Rusiya təyyarələrinin İŞİD hədəflərini bombalamasına dair yayılan xəbərləri təkzib etmişdi.    


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az