Rövnəq Abdullayevin səlahiyyətləri azaldıldı-Prezident fərman imzaladı

Rövnəq Abdullayevin səlahiyyətləri azaldıldı-Prezident fərman imzaladı

SOCAR-da əsas idarəetmə funksiyalarını bundan sonra bu qurumun Şurası yerinə yetirəcək.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərman SOCAR-ın idarəetmə formasının dəyişdirilməsini nəzərdə tutur, şirkətin prezidentinin səlahiyyətlərini məhdudlaşdırır.

Miq.az azadliq.org-a istinadən xəbər verir ki, fərman indiyədək SOCAR prezidenti yanında məşvərətçi qurum olan Şuraya kollegial orqan statusu verir. Şuranın tərkibinə SOCAR-ın prezidenti, vitse-prezidentləri və digər vəzifəli şəxslər daxildir.

Qərarlar prezident deyil, Şura tərəfindən veriləcək.

Fərman, həmçinin, SOCAR-ın vəzifəli şəxslərinin qohumları ilə bağlanan əqdlərə nəzarətin sərtləşdirilməsini nəzərdə tutur.

Prezidentin digər fərmanı Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-ə verilmiş bəzi səlahiyyətlərinin yenidən ona qaytarılmasını nəzərdə tutur. Dəyişikliyə görə, dəyəri «Azəryolservis»in aktivlərinin 5 faizi və ya daha çox hissəni təşkil edən müqavilələrin bağlanmasına yenidən Nəqliyyat Nazirliyi qərar verəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az