Röya konfransdan kənarlaşdırıldı - SƏBƏB - FOTO

Röya konfransdan kənarlaşdırıldı - SƏBƏB - FOTO
31 dekabrda Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək "Ən Yeni İl” gecəsi ilə bağlı bu gün mətbuat konfransı keçirilib. Konfransda müğənni Miri Yusiflə Röya da iştirak etməli idi, amma tədbirə onlardan biri qatılıb.

Publika.az-a verilən məlumata görə, Röya jurnalistlərlə arasında yaranmış gərginlikdən dolayı mətbuat konfransından kənarlaşdırılıb.
Təşkilatçılar müğənni ilə jurnalistlər arasında hər hansı konfliktin yaranmaması üçün Röya Ayxanın adının konfransda iştirak edəcək şəxslərin siyahısından çıxarıldığını bildiriblər.
BOS-un mətbuat xidməti Cəmilə Mehdiyeva isə deyib ki, onlar üçün media mənsubları daha vacib və dəyərlidir. Lakin jurnalistlər xahiş edərlərsə, Röya ilə də xüsusi görüş təşkil olunacaq.
Mətbuat nümayəndələrinin suallarını yalnız Miri Yusif cavablandırıb.
 
 
 


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az