Saakaşvili: İrəvanda elə dərin bataqlıq var ki...

Saakaşvili: İrəvanda elə dərin bataqlıq var ki...

Mixail Saakaşvilinin "Gücün oyanışı” kitabının İrəvanda təqdimatı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Təqdimat "Yankee Pub”da keçirilib. Kitab təqdimatına onlarla insan gəlib.

Saakaşvili isə yenidən öz Feysbuk səhifəsində Ermənistan hakimiyyətini tənqid edib:

"Düşünürdüm ki, Ukraynada dərin siyasi bataqlıq var, amma etiraf etmək lazımdır ki, Ermənistanda vəziyyət daha bərbaddır. İstənilən halda erməni xalqına hörmət edirəm və əminəm ki, sizdə hər şey formalaşacaq”.

Qeyd edək ki, Saakaşvili bundan öncə Ermənistan hökumətini tənqid edərək, Sərkisyan hakimiyyətini "barıqa” (satılmış) adlandırmışdı.

Saakaşvilinin kitabını erməni dilinə Mikayıl Naxapetyan tərcümə edib. İrəvan 500 nüsxə ilə dərc edilən kitabın təqdimatına iki dəfə izn verilməyib. Bununla bərabər bəzi hökumət nümayəndələri Saakaşvilini tənqid də ediblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az