Saakaşvili ömürlük həbs oluna bilər

Saakaşvili ömürlük həbs oluna bilər

Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci ildə Cənubi Osetiyada baş verən müharibə ilə bağlı araşdırmalara başlayıb.

Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya tərəfinin təqdim etdiyi sənədlər əsasında Cənubi Osetiya ərazisində hərbi cinayətlərin törədildiyi və bu cinayətlərdə hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru səlahiyyətlərini icra edən eks-prezident Mixail Saakaşvilinin əsas müttəhim ola biləcəyi deyilir.

Xüsusi komissiya Rusiya tərəfinin təqdim etdiyi sənədlərə əsasında bununla bağlı qərar çıxaracaq.

ATƏT-in monitorinq komissiyasının keçmiş sədr müavini Elene Tevdoradze isə Haaqa məhkəməsinə təqdim edilən sənədlərin Mixail Saakaşvilinin həbsinə yol aça biləcəyini deyib. Onun sözlərinə görə, hərbi cinayət iddiaları sübut olunarsa, keçmiş Gürcüstan prezidentini 30 ildən ömürlük həbs cəzasına qədər cəzası gözləyir.

Bundan öncə, Gürcüstan hökuməti Saakaşvilini ölkə vətəndaşlıqdan məhrum etmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az