Gürcüstan baş naziri İrakli Qaribaşvili tərəfindən bu gün müdafiə naziri postundan istefaya göndərilən İrakli Alasaniya keçmiş prezidenti Mixail Saakaşvili qurucusu olduğu “Vahid Milli Hərəkat” Partiyası ilə əməkdaşlığı istisna etmir.
Vətəninfo.az xəbər verir ki, bu barədə keçmiş nazirin özü “Rustavi-2” telekanalına müsahibəsində deyib.
Qeyd edək ki, İ.Alasaniyanın istefaya göndərilməsinə səbəb Müdafiə Nazirliyindəki yeyintilərlə bağlıdır.
Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları 28 oktyabrda saxlanılıb. Onlar 4,1 milyon lari (təxminən 2 milyon 350 min dollar) dövlət vəsaitinin bədxərcliyində ittiham olunur. Saxlanılanlar arasında Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin keçmiş rəhbəri Qizo Qlonti, Baş Qərargahın rabitə və informasiya texnologiyaları üzrə departamentinin müdiri Nuqzar Kaişauri, Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin idarə rəisi Georqi Lobjanidze, dövlət satınalmaları departamentinin əsas mütəxəssisi Arçil Alavidze və Baş Qərargahın rabitə və informasiya texnologiyaları departamentinin idarə başçısı David Sipuriyanın adı çəkilir. İstintaqın məlumatına görə, saxlanılan şəxslər tenderin saxtalaşdırması yolu ilə “Silknet” şirkətindən fiber-optik kabel və şəbəkə avadanlığının alınması zamanı ciddi qanun pozuntularına yol veriblər.Əməliyyatın keçirilməsi vaxtı müdafiə nazirinin özü xarici səfərdə olub.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto