Saakyandan Paşinyana qarşı növbəti addım

Saakyandan Paşinyana qarşı növbəti addım

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan Ermənistanın yeni rəhbərliyinin əleyhinə daha bir addım atıb.

Axar.az xəbər verir ki, Saakyan dünən Xankəndidə Ermənistan parlamentinin sədri, Serj Sərkisyanın Respublikaçılar Partiyasının hakimiyyətdəki sonuncu ən yüksək vəzifəli nümayəndəsi olan Ara Babloyanı qəbul edib. Saakyan Babloyanla təkbətək və genişləndirilmiş tərkibdə görüş keçirib.

Görüşlərdən sonra Saakyan bir müddət sonra spiker vəzifəsini itirəcək Babloyanı "Mesrop Maştots” ordeni ilə təltif edib.

Bu, son iki həftə ərzində Saakyanın rəhbərlik etdiyi separatçı rejimin Paşinyan hökumətinə qarşı ikinci addımıdır. Belə ki, bundan öncə qondarma rejimin "parlamenti” Köçəryanın azadlığa buraxılması tələbiylə çıxış edib. Sənədə üç partiya – "azad vətən”, "demokratik”, "88 hərəkatı” səs verib. Ümumilikdə Köçəryanın azadlığı tələb edən "deputatların” saytı 23 nəfər təşkil edib.

"Demokratik partiya”ya hazırkı spiker Aşot Qulyan, "azad vətən partiyası”na isə keçmiş "baş nazir” Araik Arutyunyan rəhbərlik edir. Arutyunyan həmçinin separatçı rejimdə boz kardinal kimi tanınır. Belə ki, bir müddət əvvəl mətbuat Paşinyanın Saakyanın yerinə məhz onu separatçı rejimə rəhbər gətirmək istədiyi haqqında məlumat yayıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az