Sabah Milli Məclisin sonuncu iclası keçiriləcək

Sabah Milli Məclisin sonuncu iclası keçiriləcək
Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Miq.az-ın Report-a istinadən xəbərinə görə, iclasın gündəliyinə 16 məsələ daxildir.

İclasda "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" (2-ci oxunuşda, "İşsizlikdən sığorta haqqında” qanun layihəsi (2-ci oxunuşda) müzakirəyə çıxarılacaq.

Bundan başqa, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "İcra haqqında”, "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Reklam haqqında”, "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və  b. qanunlara edilən əlavə dəyişikliklərə də baxılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az