Sabah səhər metronun “Xətai” stansiyası işləməyəcək

Sabah səhər metronun “Xətai” stansiyası işləməyəcək
"Bakı Metropoliteni”nin "Xətai” stansiyası fevralın 26-da günün birinci yarısında işləməyəcək. 

Miq.az-ın xəbərinə görə, bu barədə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, sabah metronun "Xətai” stansiyası saat 12:00-a qədər bağlı olacaq. 

N.Paşayev bildirib ki, saat 12:00-dan etibarən "Xətai” stansiyasına giriş açıq olsa da, "Cəfər Cabbarlı” stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az