Sabahdan hava sərinləşəcək

Sabahdan hava sərinləşəcək
İyulun əvvəlindən ölkə ərazisində müşahidə edilən anomal istilərdən sonra iyulun 5-i günün ikinci yarısından başlayaraq, hava şəraiti dəyişəcək.

Miq.az xəbər verir ki, Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, iyulun 5-i günün ikinci yarısından başlayaraq, havanın temperaturu tədricən enəcək. İyulun 6, 7 və 8-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq. Hava küləkli olacaq, arabir isə güclənən şimal və şimal-qərb küləyi əsəcək.
U.Tağıyeva qeyd edib ki, iyulun 6, 7 və 8-də Abşeron yarımadasında havanın temperaturu 32-37 dərəcə arasında dəyişəcək.

Nazirlik rəsmisi onu da əlavə edib ki, yay fəsli boyunca anomal istilər yenə də müşahidə ediləcək.
Xatırladaq ki, iyulun əvvəllərində Bakıda və Abşeron yarımadasında 40-43 dərəcə isti qeydə alınlb. Bu isə Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az