Sabiq deputatın evi qarət olundu - 10 min manatlıq qızıl əşyaları oğurlandı

Sabiq deputatın evi qarət olundu - 10 min manatlıq qızıl əşyaları oğurlandı
Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin mənzili qarət olunub.

Miq.az xəbər verir ki, Qulamhüseyn Əlibəyli faktı avropa.info-ya təsdiqləyib.
Partiya sədri hadisənin konkret olaraq hansı gündə baş verdiyini bilmədiyini deyib.
Onun sözlərinə görə, qarət onun yaşadığı Yasamal rayonu F.İbrahimbəyov küçəsi bina 12-də baş verib.

O bildirib ki, ailə üzvlərimizlə birlikdə avqustun 3-dən 6-dək evdə olmamışıq və yəqin ki, hadisə də bu dövrdə olub.
Q.Əlibəyli deyib ki, evindən təqribən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb: "Hadisə ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verilib və istintaq əməliyyatı gedir".
Oğru və ya oğrular mənzilə eyvandan daxil olublar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az