Şabranda polis nişanlı qızı qaçırdı

Şabranda polis nişanlı qızı qaçırdı
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı nişanlı qızı qaçırıb.
Rayonun Zeyvə kənd sakini, polis serjantı Röyalla qız toyu olmuş Nazilə (ad şərtidir) qoşularaq qaçıb.
Ailəsi Röyalın bu qərarı ilə razılaşmasa da, polis serjantı qızla rəsmi evlənib və toy çaldırıb.
Şabran RPŞ-dən əməkdaşımıza bildirilib ki, şöbədə Röyal adlı polis əməkdaşı işləyir, ancaq qız qaçırması haqda onlara hər hansı şikayət daxil olmayıb.
Azərbaycanda qızların toyqabağı və toy günü sevdiyi oğlana qoşulub qaçması nadir hadisə deyil. Psixoloqlar bunu ailənin gənc qızların həyatına edilən müdaxilənin nəticəsi sayırlar və hesab edirlər ki, qızın razılığının əsas götürülməməsi sonradan belə hadisələrə yol açır.
Axar.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az