Sahib Məmmədov yeni stansiyanın tikiləcəyindən danışdı: “Binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirə bilər”

Sahib Məmmədov yeni stansiyanın tikiləcəyindən danışdı: “Binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirə bilər”

Bir xəbər oxudum və dəhşətə gəldim. "Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək. Bu, sadəcə ağılsızlıqdır.

 

Miq.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

 

O xatırladıb ki, 28 May-Nizamı xətti kesson üsulu ilə tikilib: "Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib”.

 

S.Məmmədovun sözlərinə görə, həmin ərazi yeraltı suların aktiv zonsıdır: "Yeni layihə son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”

 

O əlavə edib: "Bildiyim qədərilə stansiya dağ-mədən üsulu ilə tikilməlidir, çünki Nizami stansiyası dərində yerləşir. Üstəgəl "Nizami-Elmlər Akademiyası”  stansiyalarının nisbi hündürlük fərqi 110 metrdir. Yol 60 000 meyilliliklə tikilib. Hansı zülmlə tikilib onu da bilirik. Əlbəttə, tikmək mümkündür. Amma nəyin bahasına? Əlavə yüzmilyonlar niyə zərurət olmadan xərclənməlidir? Halbuki, həmin vəsaitlə bir neçə yeni metro xətti çəkmək olar. Mən o vaxt "Elmlər Akademiyası” stansiyasına əlavə giriş tikiləndə də "Metrotikinti”ASC-nin rəhbəri Şaiq müəllimə demişdim ki, əlavə girişin olması yaxşıdır, amma ona çəkiləcək xərc kifayət qədər böyükdür və xərci doğrultmur. "Təhlükəli” deyəndə həm də onu nəzərdə tuturam ki, yeraltı suların hərəkət istiqamətinin və dinamikasının dəyişməsi uzunmüddətli planda Bakı şəhərində binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirəcək. Çünki su özünə yol tapacaq. Həmin ərazilərdən təxminən 144 yeratı axın var. "Elmlər Akademiyası" xətti tikiləndə səhv etmirəmsə, 144 yerdən betonlama və tamponaj işləri aparılmışdı. Bir növ bəndlər vurulmuşdu. Tikinti planlaşdırlan ərazidən bir az yuxarıda suyun özü-özünə toplandığı 13 000 kub həcmində tutumu olan su qaleriyası var. Şirin sudur. Həcmi saxlamaq üçün hər sutkada 3000 kub suyu kanalizasiya sisteminə ötürürlər”.
 
Sahib Məmmədov növbəti statusunda onun yazdığına etiraz bildirən Azər Axundov adlı bir şəxsə belə cavab verib: 
Mənim statusuma mühəndis və tədqiqatçı Azər Axundov adlı şəxs cavab verib. Tanımıram.Adını axtariş sistemində yazdım fərqli sahə adamları çıxdı. O deyildi. Mümkündür ki, təcrübəli şəxsdir. Deyib ki: "Layihənin təhlükəli olması fikri əsassızdır. Təbii ki, layihə hazırlanarkən araşdırma aparılıb, qruntdan nümunələr götürülüb, mümkün risklər nəzərə alınıb. 50 il əvvəlki dövr deyil. Texnologiya inkişaf edib, istənilən şəraitə uyğun xüsusi materiallar istifadə etməklə xüsusi metodlarla tikmək olar. Bunların hamısı nəzərə alınır. Primitiv yanaşma düzgün deyil ki, filan yer təhlükəlidir, tikmək olmaz. Köhnə yanaşma ilə davam etmək olmaz. Yeni stansiyaları layihələndirən Türkiyənin "Yüksel Proje” şirkətidir ki, İstanbulda, metro tikintisində böyük təcrübəsi var. Əlbəttə ki yeni stansiyalar digər metro stansiyalarından fərqli üsullarla tikiləcək. Niyə mümkün olmasın ki?!. Bu cür iddialar əsassızdır"-sitatın sonu.
Əlbəttə 50 il əvvəlki dövr deyil. Amma hörmətli Azər Axundov deməyib ki, o xüüsusi metodlar hansılardı? Bütün ərazidə 100 metr dərinlikdə tampanaj işləri aparılacaq bəlkə? Stansiya dağ-mədən üsulu ilə tikilməlidir bildiyim qədər. Çünki Nizami stansiyası dərində yerləşir. Üstəgəl "Nizami-Elmlər Akademiyası”  satnsiyalarının nisbi hündürlük fərqi 110 metrdir. Yol 60 000 meyilliliklə tikilib. Hansı zülmlə tikilib onu da bilrik. Çünki Azər müəllimdən fərqli olaraq 10 il qazmaçı işləmişəm. Mənimlə polemika açmaq istəyən varsa mən hazır.
Axı mən tikilməyin mümkün olmadığını demədim. Əlbəttə tikmək mümkündür. Amma nəyin bahasına? Əlavə yüzmilyonlar niyə zərurət olmadan xərclənməlidir? Halbuki, həmin vəsaitlə bir neçə yeni metro xətti çəkmək olar. Mən o vaxt "Elmlər Akademiyası” stansiyasına əlavə giriş tikiləndə də "Metrotikinti”ASC-nin rəhbəri Şaiq müəllimə demişdim ki, əlavə girişin olması yaxşıdır,amma ona çəkiləcək xərc kifayət qədər böyükdür və xərci doğrultmur.
Təhlükəli deyəndə həm də onu nəzərdə tuturam ki, yeraltı suların hərəkət istiqamətinin və dinamikasının dəyişməsi uzunmüddətli planda Bakı şəhərində binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirəcək. Çünki su özünə yol tapacaq.
Bəli hörmətli Azər müəllim, tikmək mümkündür. Amma zəhmət olmasa smetanı deyin bilək, görək dəyərmi.
p.s. Həmin ərazilərdən təxminən 144 yeratı axın var. "Elmlər Akademiyası" xətti tikiləndə səhv etməsəm 144 yerdən betonlama və tampanaj işləri aparılmışdı. Bir növ bəndlər vurulmuşdu. Tikinti planlaşdırlan ərazidən bir az yuxarıda suyun özü-özünə toplandığı 13 000 kub hcmində tutumu olan su qaleriyası var. Şirin sudur. Həcmi saxlamaq üçün hər sutkada 3000 kub suyu kanalizasiya sisteminə ötürürlər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az