Sahibkar “Tarqovı”dakı məşhur kafeni məhkəməyə verdi

Sahibkar “Tarqovı”dakı məşhur kafeni məhkəməyə verdi
Paytaxtın mərkəzində, "Tarqovı”da yerləşən "Travelers Coffee” kafesi məhkəməyə verilib.

Miq.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, kafenin yerləşdiyi obyektin sahibi Vaqif Məmmədov Səbail rayon məhkəməsinə müraciət edərək "Travelers Coffee Limited” şirkətinin Azərbaycandakı filialına qarşı iddia irəli sürüb.

Sahibkar V.Məmmədov kafe rəhbərliyinin icarə haqqını ödəmədiyini bildirib və yığılan icarə haqlarının ödənilməsini tələb edib.

Səbail rayon məhkəməsi V.Məmmədovu iddiasını qismən təmin edib. "Travelers Coffee” qərardan apellyasiya şikayəti verib. 

İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Həsənovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.

 Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az