Bakının mərkəzində gənc oğlanın boğazını kəsən şəxs axtarılır
Ötən axşam Bakının mərkəzində, “Sahil bağı”nın yaxınlığında bir nəfər amansızlıqla qətlə yetirilib, bir nəfər isə yaralanıb.
İlkin məlumata görə, gənclər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Gənclərdən biri bıçaqla digərinin boğazını kəsib, onun dostunu isə yaralayıb.
Qanlı hadisə nəticəsində 26 yaşlı Həsənov Həsən Namiq oğlu hadisə yerində ölüb. Onun dostu, 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu bıçaq xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Qətli törədənin şəxsiyyəti hələlik məlum deyil. O, hadisədən sonra ərazidən uzaqlaşıb. Hüquq-mühafizə əməkdaşları hadisə yerində müayinə aparıblar. İki nəfəri bıçaqlayan şəxsin axtarışları davam etdirilir.
Hadisənin motivinə gəlincə, şahidlər bildiriblər ki, qətlə yetirilən Həsən Həsənov “Sahil bağı”nda itini gəzdirirmiş. İt yaxınlıqdan keçən naməlum şəxsə hürməyə başlayıb. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb və nəticədə qanlı hadisə baş verib.
Lakin istintaq hadisə şahidlərinin ifadələrinə əsaslanan bu versiyanı qətlin səbəbi kimi rəsmən təsdiqləmir. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyev bildirib ki, qətlin əsl motivi hadisəni törədən şəxs saxlanıldıqdan sonra məlum olacaq.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto