Şahmat üzrə dünya kuboku başladı

Şahmat üzrə dünya kuboku başladı
Bu gün Bakıda Şahmat üzrə Dünya Kubokuna start verilib.

Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, turnirdə 120 şahmatçı iştirak edəcək. Qaliblər olimpiya sisteminə uyğun müəyyənləşdiriləcək.
Püşkatmaya görə ilk raundda Şəhriyar Məmmədyarov İranlı İdani Pouya, Teymur Rəcəbov
ABŞ təmsilçisi erməni əsilli Samuel Sevyanla, Rauf Məmmədov Rusiya şahmatçısı Yevgeni Nayerlə, Qədir Hüseynov Rusiyalı Maksim Matlakovla, Vasif Durarbəyli Ukrayna şahmatçısı Anton Korobovla və nəhayət Eltac Səfərli isə Macarıstan təmsilçisi Ksaba Balogla qarşılaşacaq.
Ermənistanı bu yarışmada Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyan və Samvel Ter-Saakyan təmsil edəcəklər. Varujan Akopyan və Samuel Sevyan isə ABŞ bayrağı altında çıxış edəcəklər. Varujan Akopyanın rəqibi çexiyalı Viktor Laziçka olacaq. Samuel Sevyan isə Teymur Rəcəbovla qarşılaşacaq.


Qabriel Sarqsyan - Ermənistanlı şahmatçı


Samuel Sevyan - Teymur Rəcəbovun rəqibi

Oyunları www.azerichess.az rəsmi saytı vasitəsi ilə birbaşa izləmək mümkün olacaq. Bundan əlavə oyunlar Azərbaycan, rus və ingilis dillərində şərh olunacaq.Yarışlar oktyabrın 5-dək davam edəcək.
Şahmat üzrə krçirilən Dünya kubokunun mükafat fondu 1600000 dollar təşkil edir.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az