Sarkisyan axır ki etiraf etdi: Azərbaycan çox güclüdür

Sarkisyan axır ki etiraf etdi: Azərbaycan çox güclüdür

Sarkisyan: "Azərbaycan daha müasir silaha sahibdir"

"Biz Rusiyanın Azərbaycana silah satmasını ağrılı qəbul edirik”.

Azərbaycan bu gün silahın daha müasir növlərinə sahibdir. Ermənistan isə 1980-ci ilin silahları ilə döyüşür. 

Miq.az dünya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya səfəri zamanı bəyan edib. 

Sarkisyan bildirib ki, Rusiyanın Azərbaycana silah satması faktı ona əzab verir.

"Rusiya bizim strateji müttəfiqimizdir. Biz eyni təhlükəsizlik sistemindəyik (KTMT). Təbii ki, Rusiyanın, yalnız onun deyil, bu strukturun digər ölkələrinin də Azərbaycana silah satmasını ağrılı qəbul edirik”, - Sarkisyan bildirib.

Amma o qeyd edib ki, Ermənistanın bu proseslərə təsiretmə imkanı məhduddur.

Qeyd edək ki, Sarkisyan bu açıqlaması ilə həm də dolayısı yolla Putini ittiham edib. Onun açıqlamasından belə çıxır ki, Rusiya Azərbaycana müasir, ermənilərə isə köhnə silahlar verir.
Bu açıqlamanı həm də məğlubiyyətin bir astanasında olmaq kimi də dəyərləndirmək olar.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az