Sarkisyan cəbhənin Talış mövqeyində – Qarabağda MÜHARİBƏ qoxusu– FOTOLAR

Sarkisyan cəbhənin Talış mövqeyində – Qarabağda MÜHARİBƏ qoxusu– FOTOLAR

Sarkisyan cəbhənin Talış mövqeyinə gəldi 

Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan prezidenti Azərbaycan ərazilərində səfərdədir.

Bu gün Serj Sarkisyan və Bako Saakyan işğal altıdakı Talış kəndindəki və Madagizdəki mövqelərdə olublar.

Ermənistandan prezidenti yeni mövqelərdəki mühəndis-istehkam qurğuları və yeni tətbiq olunan texnologiyalarla tanış olub.

İrəvanın Hamburqda 3+2 formatında danışıqlardan imtina etdiyi bir vaxtda – dekabrın 8-də Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkənin cənub-şərqində yerləşən hərbi hissələrdən birinə baş çəkdikdən sonra Dağlıq Qarabağa gəlməsi diqqət çəkdi. İşğalçı ölkənin başçısının danışıqlardan imtina edərək öncə hərbi hissəyə gəlməsi, ardınca Qarabağa yollanması "müharibəyə hazırlaşırıq” mesajı kimi oxunula bilər.

Son vaxtlar ermənilərin Talış istiqamətində fəallaşması müşahidə olunur. Belə ki, erməni mətbuatı xəbər verir ki, düşmən adıçkilən ərazidə itirilmiş mövqelərini geri qaytarmaq üçün xüsusi canfəşanlıq göstərirlər.

Hətta Talışa qayıtmaq üçün könüllü dəstələrin yaranması ilə bağlı açıqlamalar da verirlir. Bununla yanaşı erməni könüllülər faktiki olaraq Azərbaycan ordusunun nəzarətdə saxladığı Ağdərə rayonunun Talış kəndi yaxınlığında yeni yaşayış məntəqəsi tikmək istəyirlər.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə "komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Yeni Talışın" əsasını qoymaq üçün könüllülərlə birlikdə Müdafiə Nazirliyinə müraciət edəcəklər.

"Bir sıra keçmiş hərbçilər və komandanlar Talışda xidmət etmək istəyir. Hərbçilər Talişın bərpa edilməsi üçün Müdafiə Nazirliyindən onlara icazə verməsini xahiş edir. Buna dövlət səviyyəsində vaxt və icazə lazımdır".

"Komandos” bu günlərdə görüləcək işlərlə bağlı Talış kəndinin ictimai təşkilatının formalaşdırıldığını deyib.

"Həmçinin yaxın günlərdə rəsmi bəyanatla çıxış edəcəyik.Yeni könüllülər yığmaq fikirmiz var. Bir çox könüllülər gəlirlər. Onlar yeni kəndlərin və "Yeni Talışın" əsasını qoymaq istəyirlər”.

Aprel döyüşlərindən sonra Ağdərə rayonunun Talış kəndi demək olar ki, Azərbaycan ordusunun nəzarətinə keçib. Ordumuz kəndin ərazisini asanlıqla müşahidə edə bilir. Ona görə də aprel döyüşləri zamanı kəndən qaçan erməni ailələr evlərinə dönməyə qorxurlar.


Miq.az xatırladır ki, Talış kəndindən qaçan ailələrin bir hissəsinə Ağdərənin Alaşan kəndində 20 yeni ev ayrılıb. Lakin Talış erməniləri bundan imtina edir və bildirirlər ki, kəndin yuxarısındakı yüksəkliklərin Azərbaycan ordusunun nəzarətində olduğu müddətdə geri qayıtmayacaqlar.

İrəvan Dağlıq Qarabağ üzrə danışıqlardan qaçır. Hamburqda Azərbaycanın təklif etdiyi 3+2 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb. Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşməkdədir və ekspertlərin fikrincə, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az