Sarkisyan Qarabağda hərbi müşavirə keçirdi

Sarkisyan Qarabağda hərbi müşavirə keçirdi
Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, özü ilə Yerevandan bir qrup yüksək rütbəli hərbçi də gətirib. 
S.Sarqsyan işğal olunmuş ərazilərdəki separatçılarla ilin yekunlarına dair toplantı keçirib. Tədbirdə Ermənistan Silah Qüvvələrinin hərbçiləri də iştirak edib. 
S.Sarqsyanın Azərbaycan torpaqlarındakı işğalçı qüvvələrin hərbi hissələrinə də baş çəkəcəyi gözlənilir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az