Sarkisyanın Qarabağda müharibə qorxusu
"Müharibə özü ilə yeni problemlər gətirəcək"
"Hər hansı hərbi əməliyyatlar, xüsusilə də müharibə Qarabağ problemini həll edə bilməz". Bunu Ermənistan prezidenti Serj Sarkisyan ordunun yaranmasının 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib. İstiPress-in "News.am"a istinadən xəbər verir ki, o bildirib ki, müharibə özü ilə yeni problemlər gətirəcək.
Serj Sarkisyan həm də bir reallığı etiraf edib. "Biz bu müharibəyə bütünlüklə xalqımızla qatılmışıq”.
Qeyd edək ki, aprel döyüşlərindən bəhs edən erməni prezident işğal edilmiş Azərbaycan ərazilərini "təhlükəsizlik zolağı” adlandırıb:
"Bu hadisələr Arsax (Dağlıq Qarabağ - red.) ətrafında təhlükəsizlik zolağının nə qədər həyati vacib önəm daşıdığını aydın göstərdi. Biz öz evimizin eyvanında və mətbəxində daha bir uzun müharibə aparmaq niyyətimiz yoxdur”.
Aprel hadisələrindən sonra Ermənistanda yaşlılar, hətta veteranlar belə məcburi şəkildə hərbi xidmətə aparılıb.
Miq.Az