Sarkisyanın siyasi məhbus yalanını Ohanyan ifşa etdi

 Sarkisyanın siyasi məhbus yalanını Ohanyan ifşa etdi

Ermənistanın keçmiş müdafiə naziri, hazırda müxalifətə qoşulan Seyran Ohanyan Sarkisyan hakimiyyətini ifşa etməyə başlayıb

Ohanyan keçmiş məmur yoldaşlarının ölkədə guya siyasi məhbusların olmaması haqda yalanlarını üzə çıxarıb.
Keçmiş nazir jurnalistlərin "Ermənistanda siyasi məhbus varmı?” sualına "əlbəttə, var”-deyə cavab verib.
Ohanyan Ermənistanda siyasi məhbusların olduğunu desə də, bu haqda ətraflı danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Seyran Ohanyan nazir postundan çıxarılandan sonra prezident Serj Sarkisyan hakimiyyətinə qarşı müxalif mövqe sərgiləyir. O, apreldə keçirilməsi planlaşdırılan parlament seçkilərində ölkənin aparıcı müxalifət birlikləri ilə birgə mübarizə aparacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az