Sasunyanın azadlığa buraxılmasına - Türkiyədən sərt reaksiya

Sasunyanın azadlığa buraxılmasına - Türkiyədən sərt reaksiya

Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulu Kamal Arıkanı 1982-ci il yanvarın 28-də qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın şərti azadlığa buraxılması iddiasının təmin edilməsini qətiyyətlə qınayırıq. Terrorçu H.Sasunyan türklərə qarşı düşmənçiliyi təbliğ edən saxta ideologiya əsasında, məqsədli və planlı şəkildə diplomat Kamal Arıkanı qətlə yetirib.

"Miq.Az" xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yaylan açıqlamada yer alıb.

Bildirilir ki, Kaliforniya valisinin dekabrın 27-də qəbul etdiyi bu qərar qəbuledilməzdir.

"Türk diplomatını vəzifə başında qətlə yetirən terrorçunu azadlığa buraxmaq beynəlxalq hüquqa təhdid və ədalət anlayışına ziddir”,- deyə açıqlamada vurğulanır.

Açıqlamada diqqətə çatdırılır ki, ötən əsin sonlarında erməni terrorçular 31-i diplomat olmaqla, 58 Türkiyə vətəndaşını öldürüblər. Hazırda ermənilər arasında Türkiyəyə qarşı nifrət aşılandığı bir zamanda terrorçu ermənilərin azadlığa buraxılması təhlükəli bir prosesdir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az