Şaxtalı hava Qusarın kəndlərini işıqsız qoydu

Şaxtalı hava Qusarın kəndlərini işıqsız qoydu
20- dən çox kənd işıqsızdır

 Şaxtalı hava şəraiti Qusarın 20- dən çox kəndini işıqsız qoyub. Son günlər bölgədə yağan qar və güclü şaxta Qusarın elektrik sistemində ciddi fəsadlar yaradıb.

Qusar FHK-nın sədri Şahid Fərəməzovun İstiPress-in Şimal bürosuna verdiyi məlumata görə, fevralın 10- u -günün 2-ci yarısından Qusar-Zeyxur 35 kilovoltluq hava elektrik verilişi xəttində amper dayaqlar buzlaşma nəticəsində  sıradan çıxıb. Təxminən 20- dən çox kənd-Aşağı Ləyər kəndindən Sudur kəndinədək olan yaşayış məntəqələri işıqsız qalıb.

Qeyd edək ki, Sudur kəndində Dövlət Sərhəd Xidmətinin eyni adlı zastavası da  yerləşir. Qusar İH- dən verilən məlumata görə,  "Azərişıq"ın Qusar şöbəsinin qəza briqadası fəsadın aradan qaldırılması istiqamətində işləri davam etdirir. Bu gün ən çox qar da 23 sm olmaqla Qusarın Ləzə kəndinə yağıb. Ən çox şaxta isə Qubanın Qrız kəndində müşahidə olunub- 18 dərəcə şaxta. Qeyri- sabit hava şəraiti fevralın 14 -dək davam edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az