Türkiyənin tanınmış sənətçisi Seda Sayan 30 dekabr 1961-ci il tarixdə İstanbulda dünyaya göz açıb. O, səhnəyə çıxmaq üçün 1978-ci ildə məhkəmənin qərarı ilə yaşını böyüdərək doğum tarixini 4 yanvar 1959-cu il kimi qeyd etdirir. Seda Sayan müğənninin səhnə təxəllüsüdür, onun əsil adı isə Aysel Gürsaçerdir.
Seda Sayan müğənniliyə toy salonlarında ifa etməklə başlayıb. Sonra isə o, kazinolarda solist kimi çıxış edir. Seda Sayan müsiqi dünyasında müğənni kimi ötən əsrin səksəninci illərində şöhrət tapır. Onun ifa etdiyi “Ah gecələr”, Mən sənə demədimmi”, “Sənsizliyə yanaram”, “Varsanmı” və bu kimi digər musiqi parçaları müğənniyə sənət uğuru bəxş edir.
Seda Sayan müğənniliyi ilə bərabər, həm də tez-tez ailə qurub boşanması ilə gündəmdə olan sənətçıdir. O ilk dəfə 1987-ci ilin may ayında Ridvan Qılınc adli bir nəfərlə ailə həyatı qurur. Amma bu evlilik o qədər də uzun çəkmir. Cəmi 6 aydan sonra cütlük ayrılır. 1990-cı ildə Seda Sinan Ənginlə evlənir. Bu evliliyin ömrü əvvəlkinə nisbətən uzun olur. 6 il davam edən bu nigahdan cütlüyün Oğulcan adlı bir oğulları dünyaya gəlir. Sinandan ayrıldıqdan sonra Seda ilə məşhur müğənni Mahsun Qırmızıgül bir müddət birgə yaşasalar da, onlar münasibətlərini rəsmiləşdirmədən ayrılırlar. 1998-ci ilin avqust ayında Seda Soner Yapacıqla ailə həyatı qurur. Bu evliliyində ömrü uzun olmur. Belə ki, 1999-cu ilin yanvarında onlar boşanırlar. Sedanın növbəti rəsmi həyat yoldaşı 2000-ci ilin aprelində evləndiyi Tuncak Qartalı olur. Az sonra, yəni 2001-ci ilin yanvarında bu evliliyə də son qoyulur. 2004-cü ildə məşhur futbolçu Hakan Şükürün qardaşı Göhkan Şükürlə ailə həyata quran Seda Sayan bir il sonra ondan da boşanır. Seda uzun müddət münasibətdə olduğu və nişanladığı Nihad Doğanla nişanını pozduqdan sozduqdan qısa müddət sonra 2008-ci ilin fevralında özündən 23 yaş kiçik olan müğənni Qürur Şanla evlənir. Seda Sayanın hələlik son rəsmi nigahı sayılan bu evliliyə isə 2010-cu ildə nöqtə qoyulur. 6 dəfə rəsmi nigahda olan və bir neçə qeyri-rəsmi münasibətdə olan tanınmış sənətçinin həyatının növbəti romanı görəsən kiminlə və nə zaman olacaq ???