Şəhid Elvin Əhmədov dəfn edilib

Şəhid Elvin Əhmədov dəfn edilib
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Elvin Süleyman oğlu Əhmədov Tovuz rayonunun Yanıqlı kənd qəbiristanlığında dəfn edilib

Miq.az-ın "Report"a istinadən məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyəti və şəhidin doğmaları iştirak edib. 
Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşindən sonra şəhid alqış sədaları altında son mənzilə yola salınıb.
Qeyd edək ki, əsgər E.Əhmədov erməni hərbi birləşmələrinin cəbhə xəttində təxribat cəhdlərinin qarşısını alarkən yaralanıb. O, hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Allah rəhmət eləsin!
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az