Şəhid əsgərimizin hamını göz yaşına boğan son mesajı -FOTOLAR

Şəhid əsgərimizin hamını göz yaşına boğan son mesajı -FOTOLAR
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində şəhid olan əsgər Mirzəyev İmran ilə bağlı yeni məlumatlar ortaya çıxıb. 
 
Miq.az baku.ws-ə istinadən xəbər verir ki, İmran Mirzəyevin Türkiyənin Bursa şəhərində yaşadığı məlum olub. Şəhid olmuş əsgər 54 gün sonra tərxis olacaqdı. Bursanın Mustafa Kemal Paşa rayonunun Kumkadı məhəlləsində yaşadığı öyrənilən Mirzəyev bu barədə öz şəxsi "Facebook" səhifəsində də yazıb. 

Mustafa Kemal Paşa rayonunda yaşayan və məktəbi orada oxuyan Mirzəyevin şəhid olduğu xəbəri Bursadakı sinif yoldaşlarını göz yaşlarına boğub. Əsgər İmran Mirzəyev Yevlax şəhərində dəfn edilib. 
 
Şəhidin qız dostlarından biri İmran haqqında yazı paylaşıb. Qız son mesajına cavab verə bilmədiyi üçün İmrandan üzr istəyib. Bu mesaj əsgərin yaxınlarını kədərləndirib. 


Xatırladaq ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.
 











Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az