Şəhid əsgərin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verildi

Şəhid əsgərin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verildi

"Şəhid əsgərin cənazəsinin qaytarılmasi üçün çalışmalarımızı davam etdirəcəyik”

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 29 dekabr 2016-cı il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı ona ünvanlanmış müraciətinə cavab verib.

Miq.az xəbər verir ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bu barədə məlumat verib.

"Peter Maurer Ombudsmanın məktubuna cavab verərək bildirib ki, onlar hadisənin inkişafını diqqətlə izləyir və ən yaxın zamanda bütün tərəflərin razılığı əsasında şəhid əsgərimizin cənazəsinin qaytarılması üçün çalışmağa davam edəcəklər”, - deyə A. Səfixanlı söyləyib.

Qeyd edək ki, əsgər Çingiz Qurbanov sərhəd zonasında Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az