Şəhid Vidadi dəfn olunur - Fotolar - Yenilənir

Şəhid Vidadi dəfn olunur - Fotolar - Yenilənir
Ermənistan silahlı qüvvələrinin ötən gün törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Vidadi Nizami oğlu Zalovla vida mərasimi keçirilib.

Miq.az Oxu.az-a istinadən xəbər verir ki, vida mərasimindən sonra şəhidimizin cənazəsi dəfn olunması üçün Saray qəbiristanlığına aparılıb.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi  Gündüz oğlu Tağıyev şəhid olublar.

 

 






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az