Fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub.
Baş-leytenant rütbəli şəhidimizin son statuslarından biri daha təsirli olub. Beləki, o şəhid Fərid Əhmədovun fotosunu paylaşaraq bu sözləri yazıb: "Bilirəm,qardaş, biz də sənin kimi belə yatırıq. Amma sənin kimi yatmaq bizə hələki qismət deyil. İnşallah qisasını alıb, biz də yatacağıq. Sən dördüncü kursda olanda, mən birinci kursdaydım.”
Xatırladaq ki, düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu 1990-cı il təvəllüdlü Quliyev Rahib Nəriman oğlu doğulduğu Tovuz rayonu Bozalqanlı kəndində torpağa tapşırılıb.