Şəhidimiz öz toyunda özünə bunu arzulamışdı – Video

Şəhidimiz öz toyunda özünə bunu arzulamışdı – Video

Lələtəpə uğrunda gedən döyüşlərdə həlak olan gizir Pəncəli Teymurov hələ iki il öncə, öz toyunda şəhidliyindən söz açıb.
 
Miq.az xəbər verir ki, qəhrəman gizirimiz ən böyük arzusunu dilə gətirərək bu sözləri deyib:
 
"Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum. Azərbaycanın 3 rəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”.  
Məlumat üçün bildirək ki, 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olan Pəncəli Teymurov 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti başa vurduqdan sonra könülü olaraq xidmətini davam etdirib.
 
Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq, o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif olunub.
 
ANS-in hazırladığı süjeti təqdim edirik:
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az