Şəhidimizin fotosu erməni profillərində - FOTOLAR
"Anti-armenia Team” adlı azərbaycanlı hakerlər qrupu yüzlərlə erməninin Facebook profillərinin şifrəsini sındırıb.
Onlar bununla da kifayətlənməyərək həmin profillərə şəhid Çingiz Qurbanovun fotosunu yerləşdiriblər.
Xatırladaq ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir. //BAKU.WS
Miq.az