Şəhidimizin qisası alındı - ermənilər itki verdi

Şəhidimizin qisası alındı - ermənilər itki verdi

"Cəbhədə vəziyyəti gərginləşdirdikcə onların mənasız itkilərinin sayı artacaq"

"Bu gün erməni mətbuatı düşmən ordusunun daha 2 hərbi qulluqçusu – Qaqik Vardanyan və Araik Sarkisyanın ölüm xəbərini yayıb. Bu, bir daha sübut edir ki, Azərbaycan Ordusu cəbhə xəttində baş verənlərə tam nəzarət edir, əməliyyat və taktiki üstünlük tərəfimizdədir”.

Bunu İstiPress-ə açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. Onun sözlərinə görə, müsbət cəhətlərdən biri də odur ki, görülən adekvat cavab tədbirləri nəticəsində şəhidimizin qisası tezliklə alınıb.

"Ermənilər qısa müddətdə cəzalandırıldı. Əminəm ki, bundan sonra da belə olacaq. Ermənilər anlamalıdırlar ki, təxribatlar törədərək cəbhədə vəziyyəti gərginləşdirdikcə onların mənasız itkilərinin sayı artacaq”, - General-leytenant bildirib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Qarabğda Ermənistan ordusunun iki hərbi qulluqçusu öldürülüb. Ermənistan tərəfi bildirir ki, hərbçinin ölüm şəraiti müəyyən araşdırılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az