Şəki şəhid olan qəhrəman komandirlə vidalaşır - FOTOLAR

Şəki şəhid olan qəhrəman komandirlə vidalaşır - FOTOLAR

Aqşin Abdullayevin dəfnində böyük izdiham yaşanır

4 gün əvvəl,  fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına  şəhid olan hərbçimiz, kəşfiyyat bölüm komandiri Aqşin İsmayıl oğlu Abdullayevin nəşi doğulduğu Şəki rayonunun Kiş kəndinə gətirilib. Vida mərasimindən sonra şəhidin nəşi Kiş kəndində torpağa tapşırılacaq.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olan zabit Aqşin Abdullayev 17 il hərbdə olub. Ailəli olan 35 yaşlı hərbçimizin 3 uşağı var.

İstiPress-in Şəki bürosunun məlumatına görə, vida mərasimində böyük izdiham yaşanır. Mərasimdə Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib. 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az