Şəkidə avtomobil ağaca çırpıldı: Ölən var

Şəkidə avtomobil ağaca çırpıldı: Ölən var

Şəki şəhərində minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Miq.Az-a verilən məlumata görə, şəhərin Aşağı Küngüt kəndində "Mersedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az