Şəkidə cinayət: Ər arvadını döyərək...

Şəkidə cinayət: Ər arvadını döyərək...
Şəkidə döyülmə hadisəsi baş verib.

Miq.az Report-a istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Türkan Şamil qızı Məmmədova sol döş qəfəsinin qapalı küt travması və yumşaq toxumaların əziyi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, T.Məmmədova müayinə zamanı əri tərəfindən döyüldüyünü bildirib. Onun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az