Səlim Müslümovun idarəsi məhkəməyə verildi-Şəhid anası tərəfindən
Şəhid anası Əsli Muradova Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etdi
Şəhid anası Əsli Muradova Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etdi
Bərdə rayonunun Mustafaağalı kənd sakini şəhid anası Əsli Muradova hüquqlarının müdafiəsi, haqqının özünə qaytarılması yolunda sona qədər getmək niyyətindədir. Təbii ki, o bu yolda mübarizə apararkən qanunlara arxalanacaq, konstitutsiyon hüquqlarından istifadə etməyə çalışacaq.
Miq.Az oxuculara bir daha xatırladır ki, Ə. Muradovanın oğlu Mübariz Muradov 1995- ci ilin 27 dekabrında ön cəbhədə- Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin verdiyi arayışda Muradov Mübariz Heydər oğlunun Azərbaycan Respublikasının Müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub-deyə şəhidin ailəsinə məlumat verilib. Bərdə RİH, Bərdə rayon ƏSMM-i şəhid adı və şəhid ailəsi statusunu rəsmən təsdiq ediblər. 2008-ci ildən isə Bərdə ƏSMM-i statusu təsdiq etməkdən ötrü yenidən düşünməli olublar. Hərbi komissarlıqdan şəhidliyi təsdiq edən arayış tələb ediblər. Bunu ala bilməyən ana şəhid təqaüdünün dayandırıldığını düşünüb. 2014- cü ildə isə yenidən ona Bərdə ƏSMM-dən məktub gəlib ki, oğlunun şəhid olması barədə arayış təqdim elə. Və məlum olub ki, 2008-ci ildən sonra həmin vəsait, şəhid təqaüdü Ə. Muradovanın adından alınıb. ƏƏSMN-nin "Kapitalbank" bankomatlarından götürülən təsvirlər əsasında şəhid təqaüdünün Ə. Muradovanın deyil başqalarının götürdüyünü müəyyən etsə də, sonda Bərdə ƏSMM-i məsələnin məhkəmədə araşdırılmasına qərar verib. Alınan pulların geri qaytarılmasıyla bağlı şəhid anası Əsli Muradovaya qarşı Bərdə məhkəməsinə iddia ərizəsiylə müraciət edib.11 noyabr 2016-cı il tarixində Ə.Sarıyevin sədrliyi ilə keçən məhkəmə iclasında Ə. Muradovanın həqiqətəndə deyilən pulları almadığı müəyyən edildiyindən Bərdə ƏSMM-nin iddiası təmin edilməyib. İş üzrə dövlət vəsaitinin mənimsənilməsi faktı müəyyən edildiyindən məsələylə bağlı Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırmaların aparılması qərara alınıb.
Şəhid anası isə hesab edir ki, ƏƏSMN-nin şəxsində bir çox məsələlərə görə qanunsuzluqlara yol verilibdir ki, buna görə də cavab verilməlidir. Həlak olan əsgərə şəhid adı və onun ailəsinə şəhid ailəsi statusu bir dəfə verildiyi halda adı çəkilən nazirliyin yerli qurumundan bunun ikinci dəfə tələb edilməsi hansı qanunla tənzimlənir. Yaxud da illərdən bəri Əsli Muradovanın həyatını olmazın acılarıyla zəhərləmək, xirtdəyinə qədər korrupsiya palçığına batan biriləri tərəfindən olan statusunu niyə tanımasınlar ki?
Əsli Muradovanın fikrincə onun şəhid ailəsi statusu var və bu status xüsusi qaydada ləğv edilməyib. Məhkəməyə müraciət etməkdə də məqsədi statusuna uyğun haqqının bərpa edilməsinə nail olmaqdır.
Artıq bu istiqamətdə addımlarda atılıb. Şəhid anası DSMF-nin Bərdə rayon şöbəsinə qarşı aidiyyatı məsələylə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsində iş üzrə iddia qaldırıb. Və ümid edir ki, yaxınlarda məhkəmənin ədalətli qərarıyla haqqı bərpa olunacaq.
Miq.Az