Şengen vizasının bahalaşması Azərbaycana təsir edəcəkmi?

Şengen vizasının bahalaşması Azərbaycana təsir edəcəkmi?
Şengen vizasının bahalaşması Azərbaycana təsir etməyəcək.

Miq.az  bildirir ki, bunu Trend-ə Avropa İttifaqındakı mənbə bildirib.
Bir müddət əvvəl məlumat verilmişdi ki, Şengen vizası 80 avroyadək bahalaşacaq:

"Viza rüsumu ilə bağlı beynəlxalq saziş Aİ qanunvericiliyini əvəz edir. Beləliklə, viza rejiminin sadələşdirilməsi haqqında sazişlə müəyyən olunmuş viza rüsumu (35 avro) Aİ ilə müvafiq saziş imzalamış Şərq tərəfdaşlığı proqramı ölkələrinə və Rusiya vətəndaşlarına tətbiq olunmaqda davam edəcək".
Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı 2014-cü ildə viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az