Serj Sarkisyan rus milyarderin evindən oğruluq edib-50 milyon dollarlıq...

Serj Sarkisyan rus milyarderin evindən oğruluq edib-50 milyon dollarlıq...

Zərərin ümumi dəyəri 50 milyon dollar təşkil edib

Rusiyalı milyarder Aleksandr Tarantsevin bağ evindən 6 il əvvəl oğurlanmış rəsm əsəri Ermənistan prezidenti Serj Sarkisyanın kabinetində aşkarlanıb.

Söhbət İvan Ayvazovskinin məşhur "Dəniz mənzərəsi” əsərindən gedir. 2011-ci il 13 yanvarında yayılmış məlumata görə, oğurluq zamanı Aleksandr Tarantsevin evindən həm də Repinin "Kazak” əsəri, Faberje yumurtası və təbii qızıl külçə oğurlanıb. Oğurlanan əşyaların toplam dəyəri 50 milyon dollar təşkil edib. 

 Aleksandr Tarantsev - rus oliqarx

Maraqlıdır ki, 14 yanvarda mətbuata verilmiş xəbərdə bildirilir ki, hadisə 13 yanvar  gecəsi soyğun şəklində baş verib. Həm də qeyd edilib ki, soyğunu törədən şəxslər rus dilində ləhcəsiz danışıblar və təmiz slavyan görkəmində olublar. Amma bu açıqlamanın yanvarın 17-də Aleksandr Tarantsevin Amerikadan Rusiyaya geri dönməsi ərəfəsində verilməsi bir qədər şübhə doğururdu. Ola bilər ki, oğurluq çoxdan baş vermişdi və mühafizəçilər özləri də iştirakçı olduqları oğurluq hadisəsini soyğun kimi təqdim etməyə çalışıblar.

Ola bilər ki, oğurluq xeyli qabaq, məsələn, 2010-cu ilin əvvəllərində baş verib, Rusiyada haqqında dəfələrlə cinayət işi qaldırılmış Tarantsevin Amerikada olmasına görə oğurluq məsələsi gec açılıb. Hər halda, Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın rəhbəri olduğu "Pünik" xeyriyyə fondu əsəri Serj Sarkisyana  2010-cu il iyulun 19-da hədiyyə etdiyini iddia edir. Amma nədənsə fond 2017-ci ilin yanvar ayında Serj Sarkisyana hədiyyə edilmiş əsərin saxta olduğunu bəyan edib. 

 "Pünik" xeyriyyə fondu Serj Sarkisyana hədiyyə verir

Əgər bu doğrudan belədirsə və Serj Sarkisyanın qardaşının oğurluqda əli yoxdursa, niyə bu 6 il ərzində bu barədə susulub? Niyə Aleksandr Tarantsevin evinin mühafizəçiləri soyğunu törədən şəxslər rus dilində ləhcəsiz danışmasını, yəni qafqazlı olmamasını dəfələrlə vurğulayıblar, bəlkə iz azdırmağa çalışıblar?

İndi erməni mətbuatı bu sualların üzərində baş sındırır. Amma əslində burda təəccüblü bir məsələ yoxdur. Serj Sarkisyanın qardaşı Saşik Rusiyada bir sıra cinayətlərə görə axtarışdadır və buna görə də Amerikada yaşayır. Yəni Sarkisyan ailəsinin cinayət aləminə məxsusluğu yenilik deyil./İstiPress/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az