Sərkisyandan şok etiraf: Biz olmasaq, Rusiya...

Sərkisyandan şok etiraf: Biz olmasaq, Rusiya...

Xoşagəlməz və yersiz olsa da, Batka haqlıdır. Əgər biz KTMT-də nəsə demək istəyiriksə, öz sözümüzü ilk növbədə əsas müttəfiqimiz, Azərbaycana silah satan Rusiyaya yönəltməliyik.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublika Partiyasının sədri Aram Sərkisyan paylaşıb.

"Mənim fikrimcə, danışmaq yersizdir. Biz sadəcə səssiz, addım-addım NATO ilə əməkdaşlığımızı aktivləşdirməliyik və o zaman bizə münasibət birmənalı şəkildə dəyişəcək. Əminəm ki, bizə Rusiyanın lazım olduğundan daha çox biz Rusiyaya lazımıq. Əks təqdirdə Rusiyanın sərhədləri Kransanodar vilayətindən keçəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bundan öncə Paşinyanın qorxduğu üçün Vladimir Putini Azərbaycana silah satışına görə tənqid edə bilmədiyini, əvəzində Minski hədəf götürdüyünü bildirib.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az