Sərkisyanın təyyarəsini partlatmaq istəyən şəxs - Azadlığa buraxıldı

Sərkisyanın təyyarəsini partlatmaq istəyən şəxs - Azadlığa buraxıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, prezident Serj Sərkisyanın təyyarəsini partlatmağı planlaşdıran cinayətkar qrupun üzvlərindən biri olan Aqasi Martirosyan bazar ertəsi azadlığa buraxılıb.

"Report" bildirir ki, bu barədə "news.am" saytına vəkil Liana Balyan məlumat verib.

"MTX-nin istintaq orqanı Martirosyanın həbs müddətinin uzadılmasını məqsədəuyğun hesab etmədi", - deyə o bildirib.

Martirosyan cinayətkar qrup ilə əməkdaşlıqda ittiham olunurdu. MTX 25 noyabr 2015-ci il tarixində İrəvanda 1997-ci ildən İspaniyada yaşayan və 2015-ci ilin aprelindən müvəqqəti olaraq paytaxta yerləşmiş Ermənistan vətəndaşı Artur Vardanyanın başçılıq etdiyi silahlı qruplaşmanın saxlandığını bildirib.

Qurumun məlumatına görə, qrup noyabrın 29-da BMT-nin İqlim sammitində iştirak etmək üçün Fransaya uçmalı olan prezident Serj Sərkisyanın təyyarəsini partlatmağı planlaşdırıbmış. İş üzrə 30-dan çox şəxs həbs olunub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az