Sevdiyi qadını ölürən şəxs apellyasiya şikayəti verib- FOTOLAR
Bakı Apellyasiya Məhkəməsində Fəhmin Qədimovun CM-nin 120.1 (qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə), 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 326.1-ci (rəsmi sənədləri oğurlama və ya məhv etmə) maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi başlayıb.
Miq.az-ın məlumatına görə, bu il fevralın 7-də Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən mənzillərdən birində üzərində zorakılıq əlamətləri ilə qadın meyiti aşkar ediblər. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq, öldürülməsi məlum olub. Araşdırma zamanı mərhumun Sədaqət Əsgərova (1977-ci il təv.) olması müəyyən edilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 yaşlı Fəhmin Qədimov saxlanılıb. İstintaqa verdiyi ifadəsində o bildirib ki, qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb və onu qısqanclıq zəminində qətlə yetirib. Məlum olub ki, mərhumun 18 yaşlı oğlu var, tutulan şəxs isə evlidir və 2 dəfə məhkum olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Qədimov 19 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
İş üzrə baxış noyabrın 22-nə təyin edilib.
Miq.az