Ermənistanın müdafiə naziri təmas xəttindəki son insidentlərlə bağlı parlamentdə deputatların sorğusuna cavab verib
Ermənistanın müdafiə naziri Seyran Ohanyan erməni ordusunun cəbhədə diversiya hücumları həyata keçirdiyini təsdiqlədi. Vətəninfo.az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, Seyran Ohanyan təmas xəttindəki son insidentlərlə bağlı parlamentdə deputatların sorğusuna cavab verib.
Seyran Ohanyanın sözlərinə görə, erməni cəmiyyəti bu vəziyyəti başa düşməli və onunla barışmalıdır ki, nə qədər münaqişə nizamlanmayıb, erməni ordusu düşmənin “sıçrayışlarına” əks-tədbirlər və preventiv addımlarla cavab verməlidir. “Münaqişənin həlli üçün biz etimad mühiti yaratmalıyıq, bunun üçün isə snayper atəşlərindən çəkinmək, atəşkəs rejiminə əməl etmək, təxribatçı hücumlardan çəkinmək və s. lazımdır”, - deyə Ermənistan müdafiə naziri bildirib.
Ohanyanın sözlərinə görə, erməni tərəfi təmas xəttinin bütün istiqamətlərində mühəndis qurğuları, müşahidə və atəş vasitələri ilə qarşı tərəfin hərəkətlərinin qarşısını alır. “Əmin etmək istəyirəm ki, bəzi hallarda bizim addımlarımız nəinki sərt, həm də qabaqlayıcı olur”, - deyə düşmən ölkənin müdafiə naziri təmas xəttində diversiya əməliyyatlarına cəhd etdiklərini təsdiqləyərək bildirib.
Xatırladaq ki, son bir neçə gün ərzində erməni qüvvələri azı 3 hərbçisini itirib. Ermənistan cəmiyyətində bu itkilərlə bağlı gərginlik yaşanır.
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb