Şeyxülislam Allahşükür Paşazadə İtaliyada İftar mərasimində iştirak edəcək

 Şeyxülislam Allahşükür Paşazadə İtaliyada İftar mərasimində iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 8-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəkdir.
         
Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Romada 9 mart tarixində Ramazanın İftar süfrəsi təşkil olunacaqdır.
QMİ sədri A. Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri İftar süfrəsində Zati-müqəddəsləri Papa XIV Leo həzrətlərini Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcəkdir.
Romadakı St. Regis Hoteldə keçiriləcək və İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi İftar süfrəsi Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq işinə real töhfəsi olacaq. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az