Şeyxülislam Consonun ofisində baronessa Koksa sərt cavab verdi –"Böyük yalan danışırsınız..." (FOTO)

Şeyxülislam Consonun ofisində baronessa Koksa sərt cavab verdi –

Böyük Britaniyada keçirilən "Din və Etiqad azadlığı” üzrə nazirlər konfransında iştirak edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Ermənistan separatçılarının köhnə tərəfdarı, baronessa Koksun ölkəmizə yönəlik ittihamlarına sərt reaksiya verib. 

Miq.Az Azpost.info-ya istinadən xəbər verir ki, Nazirlər Konfransının panel iclasında tamam fərqli istiqamətdə olan müzakirələr zamanı baronessa Koks necə olursa söz ala bilib. O, çıxışında Azərbaycana qarşı ittihamlar səsləndirib.
Koks  azərbaycanlıları erməniləri tarixi torpaqlından qovması, soyqırım törətməsi barədə cəfəngiyyat danışmağa başlayıb.
İclasda iştirak edən Şeyxülislam cavab hüququndan istifadə edərək danışmaq üçün söz istəsə də moderator vaxtın bitdiyini bəhanə gətirərək iclası tez-tələsik yekunlaşdırıb.

Buna baxmayaraq QMİ sədri baronessa Koksa mövqeyini üzbəüz çatdıra bilib.

A.Paşazadə baronessa Koksa böyük yalan danışdığını deyərək onu yerində oturdub: "Sizin dediklərinizdə heç bir həqiqət yoxdur. Bu günə qədər 4 min azərbaycanlı itkindir. Qarabağla bağlı BMT-nin 4 qətnaməsi icra edilməyib. Müharibə Azərbaycan torpaqlarında gedir. Biz qonşuluq edirik, onları da normal qonşuq etməyə çağırırıq”-deyə Şeyxülislam vurğulayıb.

Baronessa Koks söhbətdə mövqeyini müdafiə edəcək arqumentlə çıxış edə bilməyib.
 

https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit09-1024x768.jpg 1024w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit09-768x576.jpg 768w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit09-380x285.jpg 380w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit09-550x412.jpg 550w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit09-800x600.jpg 800w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit09.jpg 1067w" sizes="(max-width: 600px) 100vw, 600px" style="box-sizing: border-box; vertical-align: middle; max-width: 100%; height: auto;" />

https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit07-1024x768.jpg 1024w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit07-768x576.jpg 768w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit07-380x285.jpg 380w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit07-550x412.jpg 550w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit07-800x600.jpg 800w, https://azpost.info/wp-content/uploads/2022/07/seyx-brit07.jpg 1067w" sizes="(max-width: 600px) 100vw, 600px" style="box-sizing: border-box; vertical-align: middle; max-width: 100%; height: auto;" />


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az