Maltanın paytaxtı Valletta şəhərində azərbaycanlı biznesmenə sui-qəsd edilib. Milli.az-a daxil olan məlumata görə, iş adamı Altay Zərgərli ofisinin yanında naməlum şəxslər tərəfindən atəşə tutulub. Özünün və mühafizəçisinin sayıqlığı nəticəsində onlar hazırlanmış sui-qəsd planından yüngül xəsarət alaraq qurtulublar.
A.Zərgərli hər gün iş yerinin yanındakı “Point de Vue Guesthouse” restoranına şam yeməyinə gedirmiş. Restorandan çıxarkən naməlum 3 kişi “Makarov” tipli tapançadan atəş açmağa başlayıb və tərəflər arasında 3 dəqiqədən çox atışma olub. Hazırda Malta polisi sui-qəsdi araşdırır.
İlk versiyada yayılan şayiələrə görə, sifarişi İtaliyanın Siciliya mafiyası verib. Çünki son zamanlar azərbaycanlı gənc iş adamının Maltada çox mühüm biznes sahələrinə sahib olması onların qıcığına səbəb olub. Hazırda həmyerlimiz hospitaldan evə buraxılıb, vəziyyəti normaldır.
Qolundan güllə yarası almasına baxmayaraq, A.Zərgərli səhhətinin normal olduğunu, belə şeylərin heç kimə xeyir gətirməyəcəyini və bundan sonra daha diqqətli olacağını deyib: “Məndən daha qorxmağa başlayın, hər şeyi siz başladınız, bundan sonra olacaqlara görə mən cavabdeh deyiləm”.
A.Zərgərlinin 28 yaşı var, bir övlad atasıdır.
"Azərbaycanda ailə və demoqrafik siyasət kompleks şəkildə qurulmalıdır" - Deputatdan ÇAĞIRIŞ
Sahil Babayev: Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir
Nüvə müharibəsi başlaya bilər? - Deputat mümkün ssenarini açıqladı
Tahir Kərimli: “Deputat olanda sərt də, yalvarışla da demişəm ki, bunu xalqa etməyin, amma təsiri yoxdur...”
72 saatlıq ərzaq xəbərdarlığı buna görədir? - İran nüvə ilə vurulacaq?
İşləməyən analara da 100 manat verilməlidir - Deputatdan TƏKLİF
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”