Şimali Koreya hücuma keçdi – Qonşu ölkənin obyektlərini dağıtdı

Şimali Koreya hücuma keçdi – Qonşu ölkənin obyektlərini dağıtdı

Şimali Koreyanın Kumqanq dağında Cənubi Koreya şirkəti tərəfindən tikilmiş qolf meydançasını və bəzi kurort obyektlərini dağıtdığı bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.

"Məlumat əldə etmişik ki, Şimal qolf meydançasını və kurort obyektlərini dağıdıb”, - açıqlamada qeyd edilib.

O, rəsmi Pxenyanı baş verənləri izah etməyə və həll yolu tapmaq üçün sərhədyanı danışıqlar çağırışına tez cavab verməyə çağırıb.

Peyk fotolarından da məlum olub ki, Şimali Koreya Kumqanq dağındakı bir oteli, həmçinin yaxınlıqdakı qolf meydançasını və bir sıra kurort obyektlərini söküb.

Qeyd edilib ki, dağıdılan obyektlər Cənubi Koreyanın "Hyundai Asan” şirkəti tərəfindən tikilib və texniki cəhətdən cənuba məxsusdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az