Şimali Koreyanın qalmaqallı nüvə proqramının realizasiyasını davam etdirmə planı Vaşinqtonun ciddi narazılığına səbəb olub.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, Ağ Ev Pxenyanın aparacağı nüvə və ya ballistik raket sınaqlarının Şimali Koreya üçün baha başa gələ biləcəyini xəbərdar edib.
Şimali Koreya höküməti dünən Yonben nüvə kompleksini yenidən tam gücü ili işə salıb. Rəsmi xəbər agentliyinin məlumatına görə, uran zənginləşdirmə obyektində olan bütün qurğular tam istismar rejimində çalışır, Bunun Şimali Koreyanın Vaşinqtonun düşmən siyasətinə cavabı olduğu və Pxenyanın ABŞ-ın addımlarına qarşı uzaq mənzilli raketlərlə cavab verməyə hər an hazır olduğu bildirilir.
"Bir daha bəyan edirik ki, Şimali Koreya regional gərginliklərə yol açan məsuliyyətsiz təxribatlardan vaz keçməlidir, bunun əvəzinə beynəlxalq öhdəliklərini və vədlərini yerinə yetirsə yaxşı olar. Biz Şimali Koreyanın nüvə silahı olan dövlətə çevrilməsinə imkan verməyəcəyik. Bu təkcə bizim deyil, dünyanın müxtəlif ölkələrinin, o cümlədən regiondakı strateji "oyunçuların” mövqeyidir”, - deyə Ağ Ev Rəsmisi Coş Ernest bildirib.

Ağ Ev Rəsmisi Coş Ernest
Dünən
eyni zamanda ABŞ dövlət departamenti də Şimali Koreyanın təhdid dolu
mesajlarını pisləyən bəyanatla çıxış edib. Departamentin sözçüsü Con
Kirbi 5 meqavatlıq plutonium istehsal edən Yonqbyon reaktorunun
faəliyyətində bir sıra dəyişikliklərin aparılması ilə bağlı xəbərlərdən
məlumatlı olduqlarını jurnalistlərin diqqətinə çatdırıb və Ağ Evin
çağırışlarına qoşulub.